Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əzizli Şəmsiyyə Zakir qızı

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Əzizli Şəmsiyyə Zakir qızı 10.12.1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 1999-2010-cu il tarixlərində Saatlı rayonu Ə.Əhmədov adına Qaracalar kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin “Fəlsəfə” ixtisası üzrə ali təhsil alıb. 05.01.2015-ci ildən 01.09.2023-cü ilədək Saatlı rayonu Seyidlər kənd ümumi orta məktəbində psixoloq, 01.06.2015- 11.11.2015- ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində əlavə iş yeri kimi sosial işçi vəzifəsini icra edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant vəzifələrin tutulması məqsədi ilə 13.01.2023-cü il tarixində elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçərək 01.09.2023-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun məsləhətçisi (media və İT üzrə) vəzifəsini icra edir.