Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qələndərov Məhəmməd Cavad oğlu

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Beyləqan rayonu üzrə)

Qələndərov Məhəmməd Cavad oğlu 31.10.1963-cü ildə Beyləqan rayonunda anadan olub. 1970-1980-ci illərdə Beyləqan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 1980-1982-ci illərdə müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib, 1982-1984-cü illərdə Rusiya Federasiyasının Lelinqrad şəhərində hərbi xidmət keçib. 1984-1989-cu illərdə qiyabi olaraq Poltava Koorperativ İnstitutunda Mühasibat uçotu və təssərüfat fəaliyyətinin təhlili fakültəsinin “İqtisadçı” ixtisası üzrə ali təhsil alıb. 1984-1996-ci illərdə Beyləqan rayonu Savxoz Fəhlə Koorperativi İdarəsində müxtəlif vəzifələri, 1996-cı ildən Beyləqan  rayon İcra Hakimiyyəti başçısının aparatında sosial-iqtisadi inkişaf məsələləri üzrə şöbədə  baş iqtisadçı,1999-cu ildə həmin şöbədə böyük iqtisadçı, 2001-2019-cu illərdə Beyləqan  rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişaf məsələləri üzrə müavini – şöbə müdiri, 10.11.2021-ci ildən 03.07.2023-cü ilədək Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə baş məsləhətçi vəzifələrini icra edib. 03.07.2023-cü il tarixindən  Mil-Muğan Regional Mədəniyyət İradəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Beyləqan rayonu üzrə nümayəndəsi) vəzifəsini icra edir. 2007-ci il tarixində “Dövlət qulluğunun müşaviri” ixtisas dərəcəsini almış, 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ailəlidir, 4 övladı var