Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Xudanlı Faiq Elman oğlu

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Rəis

Xudanlı Faiq Elman oğlu 1981-ci ildə Füzuli rayonunda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Fəlsəfə” ixtisası üzrə bakalavr, 2004-cü ildə “Sosial fəlsəfə” ixtisası üzrə magistr pilləsini bitirib. 2004-2005-ci illərdə Naxçıvan MR Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə İnformasiya bölməsinin müdiri kimi başlayıb. 2009-2011-ci illərdə Bakı Dövlət Universitetində akademik məsləhətçi, 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Kürdəmir Regional Məədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edib. 2015-2016-cı illərdə Azərbaycan Dillər Universiteti, 2018-2021-ci illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2016-cı ildə Çin Xalq Respublikası, Harbin Ticarət Universiteti və Heilojianq Universitetinin təşkil etdiyi Avropa və Asiya ölkələri üçün turizm idarəetməsi və inkişafı üzrə seminarı uğurla bitirib. Yerli və xarici elmi jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalənin, bir neçə publisistik yazıların və hekayələrin müəllifidir.  Bir monoqrafiya (Frankfurt məktəbinin sosial fəlsəfəsi), bir  kitabın (Nemət Kelimbetov, Türk xalqlarının qədim ədəbi abidələri – rus dilindən) tərcüməçisi, 4 kitabın layihə rəhbəri və bir neçə kitabın redaktoru və tərtibatçısıdır. 2011-ci ildən etibarən bir sıra xarici ölkələrdə (Türkiyənin İstanbul, İtaliyanın Boloniya, Rusiyanın Moskva, Çexiyanın Praqa, Macarıstanın Budapeşt, Moldovanın Kişineu, Qazaxıstanın Türküstan) keçirilmiş beynəlxalq kitab sərgiləri və digər mədəniyyət tədbirlərdə Mədəniyyət Nazirliyinin xətti ilə ölkəmizi təmsil etmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir, iki övladı var.