Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əzimov Telman Gözəl oğlu

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Rəis müavini

 Əzimov Telman Gözəl oğlu 05. 09.1975-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Kovlar kəndində anadan olmuşdur. 1992 ci ildə Sabirabad rayon Axısxa kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Avrasiya Universitetinin «Beynəlxalq İqtisadi Münasibətlər» fakültəsini bitirərək İqtisadçı, 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsini bitirərək Kulturoloq ixtisası almışdır. Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin «Maliyyə, Kredit və Pul tədavülü» şöbəsində I dərəcəli mütəxəssis kimi başlamışdır. Yanvar 1998-ci il tarixdən yanvar 1999-cu il tarixə kimi Azərbaycan Respublikasının  Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və hərbi hissə komadiri tərəfindən iki dəfə “Şah İsmayıl Xətai” adına Fəxri-fərmanla təltif edilmişdir. Yanvar 1999-cu il tarixdən mart 2001-ci il tarixə kimi Sabirabad rayon «Tərəqqi» müəssisəsində mühasib, Mart 2001-ci il tarixdən mart 2004-cü il tarixə kimi Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində mühasib, Mart 2004-cü il tarixdən mart 2006-cı il tarixədək Sabirabad rayon Mədəniyyət şöbəsində məsləhətçi, Mart 2006-cı il tarixdən noyabr 2016-cı il tarixədək Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi, 16 yanvar 2017-ci il tarixdən 27 iyun 2018-ci il tarixə kimi Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi, 27 iyun 2018-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsində məsləhətçi,07 aprel 2022-ci il tarixində  Sabirabad Regional Mədəniyyət İdarəsində rəis muavini vəzifələrini icra edib. 03.07.2023-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsində rəis müavini vəzifəsini icra edir. I dərəcəli dövlət qulluqçusudur.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK-in) Fəxri fərmanı(2012) və "AHİK-20 il" YUBİLEY DÖŞ NİŞANI(2013), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 iilik yubiley Fəxri-fərmanı(2016), Sabirabad rayon İcra Hakimiyyətinin Fəxri-Fərmanı(2011) ilə təltif edilmişdir. 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi ” medalı ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Sabirabad rayon təşkilatının Mədəniyyət İdarəsi üzrə ilk partiya təşkilatının sədr müavini, Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə Şuranın məsul katibi və Mülki-Müdafiə Qərargahının sədridir.2008, 2013-cü illərdə Prezident seçkilərində, 2011-ci ildə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Sabirabad rayon təşkilatının Fəxri-Fərmanları ilə təltif edilmişdir.

E-poçt: telman-azimov1975@mail.ru