Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayon Heydər Əliyev Mərkəzi rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə Azərbaycan xalq cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbir

21.02.2018

21.02. 2018-ci il  tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti ili” haqqında dəyirmi masa təşkil olundu.  Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, Saatlı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Mehman Ağayev adına Saatlı şəhər 2 saylı ümumi orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Elmi işçisi Eynullayev Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu, həmçinin İstiqlaliyyət bəyannaməsi haqqında ümumi məlumat verdikdən sonra, sözü Saatlı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayevaya verdi. Mehriban Ağayeva da öz növbəsin də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı daha geniş məlumat verərək, AXC-nin daxili və xarici siyasətindən,ordu quruculuğu sahəsində ki islahatlarından və qonşu dövlətlərlə qurduğu qarşılıqlı siyasi münasibətlərdən bəhs etdi. Tədbrin sonunda məktəblilərlə xatirə şəkli çəkildi.