Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Yaşıl dünya naminə həmrəy olaq” adlı konsert keçirilib

14.05.2024

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbi Sabirabad rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutan "Yaşıl dünya naminə həmrəy olaq" adlı konsert proqramından əvvəl ağacəkmə aksiyası keçirilib. Aksiyada 100-ə qədər dekorativ və meyvə ağacı əkilib.

Ağacəkmədən sonra məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Daha sonra Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim olunub.

Konsertdə müxtəlif yerli və xarici bəstəkarların mahnıları, həmçinin aşıq havaları, xalq mahnıları ifa edilib, rəqs nömrələri nümayiş olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.