Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

14.06.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarından danışılıb, ölkəmizə və xalqımıza milli qurtuluş bəxş etdiyi qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən siyasi kursunun bugün də Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyi vurğulayıb.

Sonda Azərbaycana, Ulu öndərə, dövlətçiliyə həsr olunmuş şeirlər, musiqi nömrələri ifa edilib, rəsm və kitab sərgilərinə baxış keçirilib.