Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Mədəniyyət işçiləri ekskursiyada

07.10.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə komitələrinin dəstəyi ilə X Bakı Beynəlxalq Kitab Sərgisinə, eyni zamanda Bakı şəhərində yerləşən tarixi abidələrə ekskursiya təşkil olunub.

İdarənin xidməti əhatəsindəki rayonlar üzrə ümumilikdə 4 avtobusla yola düşən kollektiv öncə dünya əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya alınan, əsası XII-XIII əsrlərdə qoyulan Böyük Mərdəkan qalası (Dördkünc Mərdəkan qalası), Dairəvi Mərdəkan qalasını ziyarət ediblər. Ziyarət zamanı kollektivə tarixi abidələr haqqında ətraflı məlumat verilib.

Daha sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edən kollektiv Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılarla görüşüblər, müxtəlif nəşriyyatların nəşr etdiyi kitablarla tanış olublar, "Regiona böyük töhfə - Hophopnamə" Kitab Mərkəzi adlı təqdimat mərasimində iştirak ediblər.

Müsbət təəssüratlarla başa çatan ekskursiyada xatirə fotoşəkilləri çəkilib.