Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Elmizə bahar gəlir, yurdumuza yaz gəlir“ adlı tədbir keçirilib

18.03.2024

İmişli rayon Heydər Əliyev adına İstirahət Parkında keçirilən tədbir İmişli rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayramla əlaqədar bəzədilmiş parkda qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz atributları, xalçalar, əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Daha sonra rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında bayram ab-havasını özündə əks etdirən musiqi və rəqs nömrələri, Bahar qızının bayram təbriki, Kosa və Keçəlin çıxışı, folklor nümunələrindən ibarət səhnəciklərin nümayişi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Təşkil olunan bayram tədbiri iştirakçılarda xoş əlval-ruhiyyə yaradıb.