Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sabirabadda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd olunub

10.05.2024

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun mərkəzi meydanında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstləri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edib.

Daha sonra tədbir iştirakçılarına Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında Ulu öndərə həsr edilən rəngarəng musiqi proqramı nümayiş olunub.

Tədbirin sonunda iştirakçılar tərəfindən Sabirabad rayon mədəniyyət müəssisələri tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilib.