Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muğam festivalında Sabirabad Regional Mədəniyyət İdarəsini təmsil edən şagird 1-ci yerə layiq görülüb.

30.06.2022

Muğam festivalında Sabirabad Regional Mədəniyyət İdarəsini təmsil edən şagird 1-ci yerə layiq görülüb.

“Şuşa İli” çərçivəsində Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin təbliği məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən may-iyun ayları ərzində muğam festivalı keçirilmişdir.

29 iyun 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti baş tutmuşdur.

Festivalın yekununda Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu festivalda yüksək səviyyədə çıxış etdiyinə görə 1-ci dərəcəli diplomla təltif olunmuşdur.