Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Yazıçı İkinci Mahmudun xatirəsinə ithaf olunan kitab təqdimatı keçirilib

02.05.2024

Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Hophopnamə” Kitab Mərkəzində baş tutub.

Tədbirdə İdarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Təqdimat mərasimində BP şirkətinin “Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik” layihəsi əsasında nəşr olunmuş kitablar təqdim olunub.

Qeyd edək ki, həmin layihədə şairlərdən Fərid Hüseynin “Bəyaz ləkə”, Şəhiyar del Geraninin “Özümdən məşhur şeirlər”, yazıçılardan İkinci Mahmudun “Yersiz ölüm” və Ömər Xəyyamın “Bizim atalarımız, bizim analarımız” adlı kitabları işıq üzü görüb.

Tədbirin moderatoru Ağalar Ağammədov yazarların həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə yazarlar ədəbiyyat, poeziya, mütaliə və onun faydaları, mədəniyyət və sənət haqqında fikirlərini bölüşüblər.

Görüşdə yazarlar oxucuların suallarını cavablandırıblar, həmçinin mərhum yazıçı İkinci Mahmud haqqında xatirələrini bölüşüblər, eyni zamanda oxucuların istəyi ilə Fərid Hüseyn və Şəhriyar del Gerani öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər.

Tədbirin sonunda yazarlar hədiyyə olaraq gətirdikləri kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər və xatirə çəkdirilib.