Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil olunmuşdur.

26.04.2022

Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 26 aprel 2022-ci ildə Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil olunmuşdur.

Tədbirdə Sabirabad rayon Mərkəzi kitabxanasının fondunda yer alan Mir Cəlal Paşayevin əsərlərindən, onun haqqında yazılmış bioqrafiyalardan ibarət kitab sərgisinə baxış keçirilmiş, daha sonra isə “Addım” Gənclər Təşkilatının sifarişi ilə yazıçının "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında lentə alınmış "İki yad adam" filmi nümayiş olunmuşdur.

Filmin nümayişində Sabirabad rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin filmin yaradıcı heyəti - layihənin rəhbəri, “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə, əməkdar artist Gülşad Bayramova, baş rol ifaçıları Riyad Abdul və Duyğu Dəvəli də iştirak etmişlər.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən World Cultural Open Organizationun dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub. Daha sonra filmə "Ən yaxşı sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim olunub.