Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Adıgün” Türk Xalq Folklor kollektivi beynəlxalq müsabiqədə

20.04.2024

Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin “Adıgün” Türk Xalq Folklor kollektivi “Rəqs Kaleydoskopu” adlı III Beynəlxalq festival-müsabiqədə iştirak edib.

Beynəlxalq festival-müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.

Festival-müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan yeniyetmə və gənclərin ifasında milli, folklor, müasir və dünya xalqlarının rəqs nümunələri nümayiş olunub.

“Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında “Halay”, “Tərəkəmə”, “Sarı gəlin”, eyni zamanda Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” əsərindəki musiqi əsasında qurulmuş rəqs tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.