Muğan və Mil düzlərinin qovuşduğu ərazidə, Araz çayının hər iki sahilində yerləşən İmişli rayonu cənub-qərbdən İranla həmsərhəddir. Bu yerlərdə Araz çayı o qədər yavaş, o qədər sakit axır ki, deyərsən gəzintiyə çıxıb. Çay böyük bir ərazidə heç bir maneə ilə rastlaşmadan çoxlu adalar əmələ gəlmişdir. Çayın sahilləri boyunca çoxəsrlik tuğay meşələri uzanıb gedir. Bu ərazidə bitən çoxsaylı ağac növləri arasında bütün yer kürəsində ən nadir ağaclardan biri sayılan dəmiağacına da rast gəlmək olar. Biyan kökü boyaq maddəsi üçün xammal kimi və müalicəvi məqsədlər üçün istifadə edilir. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra iqliminə qədər dəyişir. Orta temperatur yanvar ayında +1,6 C, iyul ayında isə +26,1 C olur. Rayonun şimalında Kür çayı axır. Ov həvəskarları üçün «Şərbət-qobu» və «Sarısu» ovçuluq sahələri fəaliyyət göstərir. Vaxtilə acı yovşan iyi verən bu ucsuz-bucaqsız çöldə qoyun sürüləri otlayır, qış otlaqları yerləşirdi. İndi həmin qışlaqların yerində Sərxanlı, Buludlu, Cəfərli, Muradxanlı və başqa abad kəndlər salınmışdır. 1938-ci ilə qədər bu rayon Qaradonlu adlanırdı. İndi Qaradonlu Muğan düzündə kiçik bir kənddir. Dəmiryol magistral boyunca yerləşən İmişli kəndi isə sürətlə inkişaf edir və genişlənirdi. 1938-ci ildə rayon mərkəzi İmişliyə keçirilirdi. Rayonun iqtisadiyyatında əsas yeri pambıqçılıq, heyvandarlıq və taxılçılıq tutur. Rayon ərazisində xalqın tarixi keçmişindən bəhs edən mədəniyyət abidələri çoxdur. Burada çoxsaylı kurqanlar var - Muxurtəpə, Qaratəpə, Qızıltəpə, Qoşatəpə və s. Ərazidə aparılmış arxeoloci qazıntılar nəticəsində yaşı 3 min ildən çox olanq gül qablar və məişətdə işlədilən əşyalar tapılmışdır. İndiki Bacirovan kəndinin adı hələ ərəblərin Azərbaycanda olduğu dövrdə mövcud olmuş Bacirovan şəhərinin adını xatırladır. Bəhramtəpə su anbarı bu rayonun ərazisindəki ən səfalı yerlərdən biridir. Bu anbarın suyu beton məcra ilə çoxsaylı kanallara paylanır. Tarlaların suvarılması, onların əsrlər boyu yığılıb qalmış duzlardan təmizlənməsi bu torpaqda çalışan əməkçilər üçün həmişə ən əhəmiyyətli məsələlərdən biri olmuşdur. Onların çoxillik zəhməti sayəsində yüzlərlə hektar torpağı yığmaq üçün geniş suvarma kanalları şəbəkəsi yaradılmışdır. Rayonun inzibati mərkəzi İmişli şəhəridir. Bu şəhərdə fəaliyyət göstərən tarixi-diyarşünaslıq muzeyi onun fəxridir. Milli memarlıq üslubunda tikilmiş bu muzeyin binası - şəhərin bəzəyidir, onun eksponatları isə bu diyarın keçmişi və bu günü barədə çox maraqlı məlumatlar verir. Rayonda xalçaçılıq ənənələri davam edir. Harada qalmaq olar «Mil» mehmanxanası Tel. 5 23 49 (qiyməti sutkada 10.000 - 30.000 manat) qonaqların istifadəsindədir. Harada nahar etmək olar «Armudu stəkan», «Aran», «Sünbül» restoranlarında, «Dostluq» kafesində dadlı yeməklər təklif olunur.