SABİRABAD MƏRKƏZİ RAYON XƏSTƏXANASI HAQQINDA ÜMUMİ MƏLUMAT
Sabirabad Mərkəzi Rayon Xəstəxanası H.Əliyev praspekti 97 ünvanında yerləşməklə rayon üzrə 320 çarpayıdan ibarətdir. 205 carpayı MRX-da yerləşməklə 7 şöbəni əhatə edir.
1.Cərrahiyyə şöbəsi - 205 çarpayı (Qulaq-burun-boğaz və göz palataları ilə birlikdə).
2. Reanimasiya şöbəsi - 10 çarpayı
3. Terapiya şöbəsi - 30 çarpayı
4. Mamalıq-Qinekoloji şöbə - 40 çarpayı
5. Nevroloji şöbə - 15 çarpayı
6. Yoluxucu xəstəliklər şöbəsi - 15 çarpayı
7. Pediatriya şöbəsi - 30 çarpayı
8. Vərəm əleyhinə xəstəxana - 25 çarpayı
9. Poliklinika şöbəsi.
10 6 kənd sahə xastəxanasında ümumilikdə 90 çarpayı fəaliyyət göstərir.
Mərkəzi rayon xəstəxanasının nəzdində Təcili-Tibbi yardım stansiyası fəaliyyət göstərir.
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının yerlərdə 78 tibb müəssisəsi fəaliyyət göstərir.
Bunlardan həkim məntəqəsi- 30
Tibb məntəqəsi - 38
Sabirabad MRX-da 558 nəfər tibb işçisi çalışır. Bunlardan həkim 122 nəfər, orta tibb işçisi 436 nəfər.
Son 5 il müddətində MRX-nın tibb müəssisələrindən Sabirabad Regional Perinatal Mərkəzi müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilməklə Respublika Səhiyyə Nazirliyi tərəfindən, Yolçubəyli həkim məntəqəsi Yapon Səfirliyi tərəfindən, Əsgərbəyli tibb məntəqəsi Fövqaladə Hallar Nazirliyi tərəfindən, Həşimxanlı, Mürsəlli, Quruzma həkim məntəqələri, Yastıqobu, Qəfərli, Osmanlı, Kürkəndi tibb məntəqələri QHT təşkilatı tərəfindən tikilib istifadəyə verilmişdir. Hal-hazırda Qasımbəyli həkim məntəqəsi FHN-yi tərəfindən tikilməkdədir.
MRX 1974-cü ildə tikilib istifadəyə verilmişdir.