Ümumtəhsil məktəblərinin sayı: 85
Şəhərdə: 9
Kəndlərdə: 76
Tam orta məktəblər: 65
Şəhərdə 8
Kəndlərdə 57
ümumi orta məktəblər: 15
Şəhərdə 1
Kəndlərdə 14
ibtidai məktəblər: 5
Rayon üzrə şagirdlərin sayı: 24868
Rayon üzrə müəllimlərin sayı: 2717
Rayon üzrə texniki işçilərin sayı: 987
Məktəbəqədər tərbiyə müəssisələrinin sayı: 22
Şəhərdə 6
Kəndlərdə 16
Burada çalışan pedaqoji işçilərin sayı: 93
Texniki işçilərin sayı: 135
Məktəbəqədər tərbiyə müəssisələrinə cəlb olunmuş uşaqların sayı: 940
Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 2
Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı 307
Sabirabad rayon Təhsil şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.
Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblər:
Axtaçı Muğan və Həşimxanlı kənd tam orta məktəbləri H.Əliyev Fondunun vəsaiti hesabına 2005 - cı ildə tikilib istifadəyə verilmişdir.
Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə yüksək səviyyədə təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə yüksək səviyyədə təmir olunmuşdur.
2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.
E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.
2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur.
Sabirabad şəhər 2 saylı və Qasımbəyli kənd uşaq bağçaları əsaslı təmir edilmişdir.
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci orta ixtisas təhsili şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Kollecdə 47 nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 96 nəfərdir. Hazırda kollecdə 625 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:
-fiziki tərbiyə
-peşə təlimi
-yol hərəkətinin təşkili
-təsviri incəsənət
-mühasibat uçotu
-məktəbəqədər təhsil
Burada ixtisasların tələbata uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Kollecin 9368 ədəd kitab fonduna malik kitabxanası vardır. Kitabxana yeni dərslik, dərs vəsaitləri, bədii ədəbiyyatla daim zənginləşir. Eyni zamanda kollecdə 100 yerlik akt zalı və müasir dövrün tələblərinə cavab verən oxu zalı tələbə və müəllimlərin istifadəsinə verilmişdir.
Kollecdə dərs otaqlarının əyaniliklə zənginləşdirilməsi, təmir-bərpa işləri müntəzəm aparılır.
Sabirabad Peşə Liseyi
Sabirabad Peşə Liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 7 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır.
Liseydə 264 nəfər şagird təhsil alır.
8 ixtisas qrupu vardır:
-traktorçu-maşinist
-təmirçi-çilingər-qaynaqçı
-kənd təsərrüfatı məhsulları istehsalı ustası-fermer
-radio-televiziya aparatlarının təmiri və xidməti radio-mexanik
-təmirçi-çilingər
-heyvanlarda süni mayalanma üzrə texnik
-dərzi
-mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərinin mexanizatoru və elektrik montyoru
Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 16 nəfər pedaqoji işçi məşğuldur. Ümumi işçilərin sayı 48 nəfərdir.
Peşə liseyində 18 fənn kabineti yaradılmışdır.