Rаyоnun ərаzisi 1890 kv.km. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаrdır.
Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə qərbdən İran dövləti ilə həmsərhəddir. Relyefi düzənlikdən ibarət olmaqla ərazinin səthi şimalı-şərqə və şərqə doğru meyillidir. Ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 1,60C, iyul ayında isə 26,10C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqları yayılmışdır, bitki örtüyü yarımsəhra tiplidir. Ərazidə neft-qaz və qum-çınqıl kimi təbii faydalı qazıntılar vardır. Yayı quraq keçən, mülayim isti yarımsəhra və quru çöl iqlimi vardır. Bakı şəhərindən 220 km məsafədə yerləşir.