Saatlı rayon Tarix diyarşünaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzeyin qarşısında duran vəzifələr maddi-mədəniyyət nümunələri toplayır, qoruyur, tədqiq və təbliğ etməkdir.
Muzeyin binası 2012-ci ildə istifadəyə verilmişdir. 27 noyabr tarixindən Muzey yeni binasında fəaliyyətə başlayıb. Muzeyin tarix otağı , arxeoloji, etnoqrafik, mədəniyyət və ideoloji bölmələrdən ibarətdir. Muzeydə tarix və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Muzeyin Elmi şura və Satınalma komissiyası vardır.
Muzeyin ümumi sahəsi 458.5 kv.m, ekspozisiya – sərgi sahəsi 204 kv.m, fond saxlama sahəsi 12 kv.m-dir.
2016-cı ilin son hesabatına əsasən
Muzeyə 14.400 nəfər tamaşaçı baxmışdır.
121 nəfər ekskursiya olmuşdur.
Muzeydə 65 mühazirə söylənmişdir.
Muzeydə və Muzeydə kənar 34 sərgi təşkil olunmuşdur.
Muzeyin cəmi eksponatı 9498 ədəddir.
Muzey ştat vahidi : 8 (səkkiz) nəfər
Hal-hazırda işçilərin sayı : 5 (beş) nəfər
02128 5-34-65
+99450-584-47-66
muzey83@mail.ru