2006-cı ildə İmişli rayon Heydər Əliyev Muzeyi tikilib istifadəyə verilmişdir. 03 mart 2006-cı il tarixində muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Şəhərin mərkəzində Ümumilli Liderimiz Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı salınması ilə əlaqədar olaraq 2012-ci ildə parkın ərazisində müasir üslubda ikimərtəbəli Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir. 28 oktyabr 2012-ci ildə Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Mərkəzin ümumi sahəsi 2000 kv metrdir. Həyətyanı sahəsi 1.5 hektardır.
Mərkəzdə kompüter, təsviri sənət kursları, kitabxana və elektron kitabxana , 3D formatda kino zalı fəaliyyət göstərir. Mərkəzin 350 yerlik iclas və konfrans zalı vardır.
(02124)-6-63-51
ORXAN.UMUDLU@u0130NBOX.RU