Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Beyləqan rayon Uşaq Musiqi Məktəbi

 Beyləqan rayon Uşaq Musiqi məktəbi bədii təhsil sahəsində fəaliyyət göstərən dövət müəssisəsi kimi 1968-ci ildən 3 şöbə ilə (tar, qarmon, fortepiano) fəaliyyət göstərir. Hazırda məktəb altı ixtisas üzrə bədii musiqi təhsili verir. Bunlardan fortepiano ixtisası üzrə 123 nəfər, tar ixtisası üzrə 59 nəfər, kamança ixtisası üzrə 12 nəfər, qarmon ixtisası üzrə 60 nəfər, nağara ixtisası üzrə 16 nəfər, xanəndə ixtisası üzrə 26 nəfər şagird olmaqla 2016-2017-ci tədris illərində məktəb üzrə 296 nəfər şagird və 70 nəfər müəllim kontingenti olmuşdur. Şagirdlərin təhsili ilə 70 nəfər ali və orta ixtisas müəllim kontingenti məşğul olur.

Məktəbdə bədii təhsil alan şagirdlərin milli və dünya musiqisinin öyrədilməsində müəllimlərin boyük rolu var. Məktəbdə şagirdlərdən ibarət “Odlar Yurdu” xor kollektivi, “Araz” xalq çalğı alətləri ansamblı,“Cəngi” nağara çalanlar ansamblı, müəllimlərdən ibarət “Aranqala” insturumental ansamblı rayonda təşkil olunan bayram tədbirlərində və əlamətdar günlərdə fəal iştirak edirlər.

Məktəb ümumtəhsil məktəbləri ilə sıx əlaqə saxlayaraq şagirdlərin bədii estetik zövqünün formalaşmasında boyük rol oynayır. Məktəb şagirdləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elmi-metodiki mərkəzinin təşkil etdiyi festival və müsabiqələrdə daim iştirak edərək tərifnamə və fəxri fərmanlarla, diplom və sertifikatlarla mükafatlandırılırlar. Buna misal olaraq IX Respublika Xor müsabiqəsində aldığımız fəxri fərmanı misal göstərmək olar. Məktəbin müəllimlərdən ibarət ansamblı bir çox sayda “N” saylı hərbi hissələrdə hər bayram, açıq qapı, istirahət günlərində əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edirlər. Məktəb müəllimləri hərbi hissələrdə fəaliyyətlərinə görə hərbi hissə komandirləri tərəfindən 150-dən çox fəxri fərmanla mükafatlandırılmışlar.

Ünvan:
Beyləqan şəhər SMD-4 qəsəbəsi M.Əsədov küç.5
Telefon:

021-225-11-23

E-mail:

musiqi.5@mail.ru