Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi

Sabirabad rayon Mədəniyyət Evi xüsusi layihə əsasında tikilmiş və 09 sentyabr 1976-cı ildən istifadəyə verilmişdir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən açılışı olan Sabirabad rayon Mədəniyyət evi (indiki Mədəniyyət Mərkəzi) Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon)Mədəniyyət Mərkəzlərinin yaradılması haqqında”29 aprel 2015-ci il tarixli əmrinə əsasən `25 iyun 2015-ci il tarixdə yaradılmışdır. Mədəniyyət Mərkəzinin ikimərtəbəli binasında əsaslı təmir işlərinə 2013-cü ilin aprel ayında başlanılmış və bu ilin dekabrında başa çatdırılmışdır.15.dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Binanın ümumi sahəsi - 3204 kv m-dir. Burada 1mühazirə zalı, 370 nəfərlik tamaşa zalı və 1 qrim otağı,2 soyunma otağı,6 sanitar qovşağı,foye və sərgi zalları, 4 dərnək otağı 1rəqs zalı və 20 inzibati otaqdan ibarətdir. Bina Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin balansındadır.Binada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu,oxu zalı və 20 yerlik konfrans zalı var.Musiqi alətləri otağı,rəqs zalı,ədəbiyyat,muğam,təsviri incəsənət dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Mədəniyyət Mərkəzində ştat cədvəli üzrə çalışan işçilərin ümumi sayı 13 nəfərdir. Mədəniyyət işçilərinin sayı 5, texniki işçilərin sayı isə 8 nəfərdir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması,xalq yaradıcılığının dəstəklənməsi və təbliği Sabirabad rayon Mədəniyyət Mərkəzinin fəaliyyətində əsas yer tutur. Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində 12 yaradılma fəaliyyət göstərir Bunlardan 2-i Xalq kollektivi(A.İsgəndərov adına Xalq teatrı, Q.Quliyev adına XÇA ansamblı), konsert-təşviqat briqadası, 1 Folklor kollektivi (“Xanım” xınayaxdı folklor qrupu), 3 dərnək (rəqs, bədii qiraət, rəsm dərnəkləri), 5 yardılma(“Ədəbi məclis” poeziya həvəskarlar birliyi, “Muğam” maraq klubu, “Asan xidmət” könüllülərindən ibarət mahnı-teatr qrupu, “Mübarizlər” əlillərdən ibarət bədii özfəaliyyət teatrı, “Yaşa” bədii özfəaliyyət rəqs qrupu) və 1 pullu “ilk tibbi yardım”kursu fəaliyyət göstərir. Sabirabad rayon Mədəniyyət Mərkəzi və onun filiallarında müəssisələrin ümumi sayı 35-dür. Azərbaycan qeyri maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, mədəniyyətin təbliği istiqamətində aparılan islahatların surətləndirilməsi, klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədi ilə Mərkəzin filialları qismində fəaliyyət göstərən 11 klub müəssisələrinin profilləşdirilməsi aşağıdakı kimi təsdiq edilmişdir.Bu müəssisələrdən 2-si sənətkarlığa,5-i yaradıcılığa,4-ü folklor evinə aiddir.Mədəniyyət müəssisələrindəki filiallarda 6 bədii özfəaliyyət kollektivi,22 dərnək və kurs fəaliyyət göstərir.Yaradıcı kollektivlərin iştirakı ilə Mədəniyyət Mərkəzinin filiallarında mədəni tədbirlərin təşkili Azərbaycan Respublikasının Qanunlarının təbliği klub işinin müasir tələblər səviyyəsində qurulması və bədii özfəaliyyət kollektivlərinin təşkili ilə əlaqədar gənclərin istək və arzularını nəzərə alaraq öz işini qurur. Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı və təkibində olan əlillərdən ibarət “Mübarizlər”teatr qrupu hazırladığı kompozisiya-tamaşalarla respublikamızın rayon və kəndlərində çıxışlar edirlər.Xalq teatrı bu çıxışlara görə Mədəniyyət və Turizm  Nazirliyinin,Sənətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin,rayon təhsil şöbələri, mədəniyyət və turizm idarələri tərəfindən fəxri fərmanlarına layiq görülmüşdür.Xalq Teatrının kollektivi Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ildə keçirilən Respublika Xalq Teatrlarının festivalında “Qisas qiyamətə qalmaz”tamaşası ilə iştirak etmiş və III yerə layiq görülmüşdür. . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mədəniyyətə göstərdiyi yüksək qayğının, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə aparılan islahat və yeniliklərin,respublikamızda davam edən geniş quruculuq işini nəzərə alaraq həyatımızın bütün sahələrini əhatə edən siyasi,sosial,elmi texniki mədəni yüksəlişin sürətlə irəli getdiyi ərəfədə Sabirabad rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi,estetik tərbiyənin inkişafı,əxlaqi şüurun yüksəldilməsi,gənclərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması xalq yaradıcılığının və qeyri maddi mədəni irsin qorunub saxlanması və təbliği üçün qarşıya böyük və məsuliyyətli məqsəd qoymuşdur.

Ünvan:
Sabirabad, İlham İsgəndərov 8
Telefon:

0212355800

E-mail:

Sabirabad_mm@mail.ru