Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Heydər Əliyev Mərkəzində hərbi vətənpərlik mövzusunda “Səkkiz oğul istərəm” adlı tədbir keçirilmişdir

16.01.2018

Tədbir Azərbaycanın xüsusi təyinatlı kəşfiyyat qrupunun döyüş tapşırığını yerinə yetirərkən mühasirəyə alınmış səkkiz kəşfiyyatçısına  həsr edilmişdir. Düşmənə əsir düşməmək üçün özlərini əl qumbarası ilə şəhid etməyə cəhd göstərmiş kəşfiyyatçılardan yalnız biri– Aqil Əhmədov sağ qalmışdır. Yaralı və huşsuz vəziyyətdə düşmənin əlinə keçən Aqil Əhmədov iyirmi üç ay əsirlikdə qalmış, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində vətənə qayıtmışdır.  

         Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbirdə çıxış edərək səkkiz kəşfiyyatçının şücaəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Tədbir iştirakçıları həmin mövzuda çəkilmiş sənədli filmə də baxmışlar.

Eldar Qəmərli, Şirvan şəhərinin mədəniyyət                                                    müəssisələri  üzrə mətbuat  katibi. 16 yanvar  2018-ci il.