Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

29 Dekabr 2017-ci il tarixlərində Sabirabad rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilmişdir

29.12.2017


29 Dekabr 2017-ci il tarixlərində Sabirabad rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə  bayram tədbiri keçirilmişdir.Tədbirdə  Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Ramazanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi geniş qeyd olunmasında dahi rəhbər Heydər Əliyevin tarixi rolunu xatırladaraq,bu bayramın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.Ümummili liderin milli birliyə,həmrəyliyə daim böyük önəm verdiyini bildirərək,müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.Mədəniyyət işçilərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara bol ruzi-bərəkət,əmin-amanlıq və yeni nailiyyətlər arzulayıb. Daha sonra Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi T.Əzimov çıxış edərək bayramlar münasibətilə kollektivin bütün işçilərini təbrik edərək ən xoş arzularını bildirmişdir. Bayram tədbiri bədii hissə ilə davam edib.Rəngarəng musiqi çələngi ilə çıxış edən Sabirabad rayon Mədəniyyət Mərkəzinin Q.Quliyev adına Xalq Çalğı Alətləri ansamblının ifaçıları Zoya və Daşqın Laçının ifaları,mərkəzin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı tədbiri daha da maraqlı edib.Kollektiv işçilərinə bayram münasibətilə hədiyyələr təqdim edilib.