Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci ilin başlanması münasibətilə geniş tədbir keçirilmişdir.

28.12.2017

28 dekabr 2017-ci il tarixdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi və MİHİ Sabirabad Rayon Komitəsinin birgə təşkilatçılığı ilə,  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci ilin başlanması münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə İdarə rəisi Əhməd Ramazanov çıxış edərək İdarənin 2017-ci il ərzində fəaliyyətindən, əldə olunmuş nailiyyətlərdən danışaraq idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri təbrik edib onlara yeni ildə yeni-yeni uğurlar arzuladı. MİHİ Sabirabad rayon Komitəsinin sədri Telman Əzimov çıxış edərək rayon Komitəsinin il ərzində fəaliyyətindən və qarşıda duran vəzifələrdən ətraflı məlumat verərək bildirdi ki, bu kimi tədbirlər artıq ənənə halına almışdır.  İdarə rəisi Əhməd Ramazanov və rayon Komitəsinin sədri Telman Əzimov tədbir iştirakçılarına yeni il hədiyyələrini təqdim etdilər. Sonra tədbir geniş konsert proqramı ilə davam etdirildi. Tədbirdə istedadlı müğənnilərdən şəhər klubunun müdiri Şamil Ağayev,  Qalaqayın kənd mədəniyyət evinin mədəni-təşkilatçısı Daşqın Mehdiyev və başqalarının ifasında  rəngarəng musiqilər səslənəndirildi.