Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

26.12.2017

        26.12.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirildi.Tədbirdə mədəniyyət işçiləri, Mərkəzin rəsm kursu üzvləri, onların valideyinləri iştirak etdilər. Mərkəzin direktoru Aytən Zülfəliyeva tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibəti ilə ürəkdən təbrik etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən rəsm müsabiqəsinin qalibləri Diplomlarla mükafatlandırıldı. Müsabiqədə bir I yer, İki II yer, 2 nəfər isə III yerə çıxdı. Sonra tədbirə Şaxta baba gəldi və öz kiçik hədiyyələri ilə uşaqları sevindirdi.Tədbirin sonunda bayram münasibəti ilə Mərkəzdə açılmış rəsm və əl işləri sərgisinə tamaşa olundu.