Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

GÖRKƏMLİ ŞAİR ƏLİ KƏRİMİN XATİRƏSİ ANILDI.

21.12.2017

21 dekabr 2017-ci il tarixdə Hacıqabul rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı və iştirakı ilə şair Əli Kərimə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbirdə mədəniyyət işçiləri ilə bərabər rayon mərkəzinın  orta məktəblərinin müəllim-şagird kollektivləri və qonaqlar da, cəmisi 120 nəfər  iştitrak etmişdir.

Tədbirin gedişində şairin fotoşəkillərindən və kitablarının fotolarından ibarət slayd iri ekranda nümayiş olunmuşdur.

Tədbirin qonaqları arasında şairin oğlu – Respublika Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, “Təfəkkür” Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Raqub Kərimov, yerli şairlər Əmrah Şirvanlı və Zülfüqar və digərləri olmuşdur.

Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Dövran Həsənov tədbiri açdıqdan sonra tədbirin aparıcısı, tarixçi-müəllim Mübariz Xəlilov, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev , şairlər  Əmrah Şirvanlı və Zülfüqar, rayon Mərkəzi  Kitabxanasının şöbə müdirləri Maya Mehdiyeva və Aytəkin Mirzəyeva, professor Raqub Kərimov  şairin yaradıcılığı barədə danışmış, Qarasu kənd kitabxanasının müdiri Şamil Azadov (Dəniz)  , eləcə də şəhər 9 saylı tam orta məktəbin şagirdləri şairin şeirlərini ifa etmişlər.

Sonda şairin övladı , professor Paşa Kərimov çıxış edərək. tədbirə görə öz minnətdarlığını bildirmişdir.