Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Akademiyasının dərsləri davam edir

15.12.2017

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Akademiyasının növbəti  dərsi keçirildi. Dərs Azərbaycan Respublikası Prezidentinin Tərəqqi  medalı laureatı İndira Şəmsivari tərəfindən keçirildi.

Dərsin mövzusu “Natiqlik bacarığı” adlanırdı. Dərs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə region gəncləri arasında natiqlik bacarıqlarının inkişafı sahəsində marifləndirmə xarakteri daşıyırdı.Dərs bir saatdan çox davam etdi.Sonda müdavimlərə Sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.