Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad regional Mədəniyyət və Turizm İdarəsi yanında Şuranın iclası keçirilmişdir

14.12.2017

 

              Sabirabad regional Mədəniyyət və Turizm İdarəsi yanında Şuranın 11 dekabr 2017-ci ildə iclası keçirilmişdir. İclasda Regional İdarənin tabeçiliyində olan Mərkəzləşdirilmiş Kitabxanalar Sistemlərinin fəaliyyətləri barədə məsələ müzakirə edilmişdir. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 mart 2016-cı il tarixli Sərəncamına(1932) əsasən  Regional Mədəniyyət və Turizm İdarələrin yaradılması ilə əlaqədar İdarənin üzərinə düşən vəzifələrdən və görülmüş işlərdən ətraflı danışdı.

Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şuranın məsul katibi  Telman Əzimov İdarənin tabeçiliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin 2017-ci ilin yanvar-noyabr aylarında  fəaliyyətləri barədə məruzə ilə çıxış etdi.

Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov, Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev, Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru Sakit Bağırov, Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dövran Həsənov çıxış edərək hesabat dövrü ərzində fəaliyyətləri və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdilər. Çıxış edənlər öz fəaliyyətlərində Əsasnamə tələblərindən irəli gələn məsələlər, nazirlik tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsindən və qarşıda duran vəzifələrindən danışaraq bundan sonrada üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsinə bundan sonra da nail olacaqlarını qeyd etdilər.

 Mədəniyyətyanı şuranın üzvləri, Regional İdarənin rəis müavini Əziz Abbasov və başqaları çıxış edərək Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin işinin əhatəli olduğunu və bu sahəyə diqqətin daha çox olduğunu nəzərə alaraq MKS-nin gələcək fəaliyyətlərində daha da əzmlə çalışmağı tövsiyyə etdilər.

Şura iclası MKS-nın fəaliyyətinin daha da gücləndirilməsini, gələcək fəaliyyətlərində işlərin qarşılıqlı əməkdaşlıq formasında  qurulmasını, nümunəvi kitabxanaların fəaliyyətinin stimullaş-dırılmasını qərara aldı.

Telman Əzimov.