Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi lider Heydər Əliyev

11.12.2017

Dövlət rəhbəri olmaq vəzifədir, liderlik isə taledir.

         Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli,siyasi xadim, xalqımızın ümummili lideri H.Əliyevin əbədiyyata qovuşmasının 14-cu il dönümü qeyd olunur. M.Ə.Sabir adına mərkəzı kitabxanada Ümummili liderin kitablarından ibarət kitab sərgisi daim yeniləşir. Bu gün 11 dekabr 2017-ci il tarixdə kitabxanamızda Ümimmili lider H. Əliyevin xatirəsinin yad edilməsi ilə əlaqədar anım günü keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru E.Urufov acdı. O ulu öndər H. Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün illər ərzində onun müdrikliyi ilə və milli siyasəti nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi qurulmasından geniş danışdı və qeyd etdi ki, bizim hər birimizin bir vətəndaş kimi borcumuzdur.Tarixin bizə bəxş etdiy tarixi lideri gənc nəslə təbliğ etmək. Sonra isə cıxış üçün sözü Sabirabad rayon MİHİ –nin sədri T. Əzimova verdi. T. Əzimov qüdrətli liderin tək Azərbaycanda deyil bütün dünyada onun əməlləri ilə, istedadı ilə Azərbaycan adını ucaltmış, xalqına yüksək qürur və şərəf bəxş etməsindən danışdı və qeyd etdi ki, gələcək nəsillər tarixin bizə bəxş etdiyi bu tarixi dövrü böyük şəxsiyyətin əməllərini  təhlil edərək  bəhrələnəcəklər.

        Tədbir “Heydər Əliyev haqqında” filimin nümayişi ilə başa catdı.