28.12.2018
Dünya Azərbaycanlılarının Həmrəyliyi günüvə Yeni il bayramı münasibətilə Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Qarabağ” klubu tərəfindən 2 saylı tam orta məktəbdə təhsil alan birinci sinif şagirdləri üçün bayram şənliyi təşkil olunmuşdur. Sinif rəhbəri Jalə Həsənova və klubun mədəni təşkilatçısı Leyla Ələkbərovanın təbrikindən sonra uşaqlar ki saat davam edən musiqili - əyləncəli bayram şənliyində iştirak etmişlər.