19.12.2018
Şirvan Şəhər Mədəniyyət Mərkəzinin Bayramlı qəsəbə klubu Gənclər üçün Təhsil Mərkəzi ilə birlikdə Şirvan Dövlət İqdisadiyyat və Humanitar Kollecində “Bir gəncin fantaziyaları” adlı sərgi təşkil etmişdir. Sərgidə istedadlı gənc Orxan Kazımzadənin əl işləri nümayiş etdirilmişdir. Sərginin açılış mərasimində kollecin direktor müavini Rasim Xəlilov və klubun müdiri Ülviyyə Şahbazova çıxış edərək Orxan Kazımzadə və onun zəngin təxəyyülünün məhsulu olan yaradıcılıq nümunələri haqqında iştirakçılara məlumat vermişlər. Orxan Kazımzadəyə Şirvan şəhər Mədəniyyət Mərkəzinin diplomu və Bayramlı qəsəbə klubu adından hədiyyə təqdim olunmuşdur.