12.12.2018
12 dekabr 2018 – ci il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzini M.Ə.Sabir adına 1saylı şəhər orta məktəbin 2 –ci və 4 – cü sinif şagirdləri və müəllimlər ziyarət etmişlər. Məktəblilər əvvəlcə Heydər Əliyevin büstünü ziyarət etmişlər. Sonra onlara ekskursiya saatı aparılmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti, daxili və xarici siyasəti, rayonumuza səfərləri haqqında geniş məlumat verilmişdir. Planşet vasitəsilə Ulu Öndərin səs yazması dinlənildi. Azərbaycan Dövlətçiliyi Tarixi kabinetində Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” filmi nümayiş olundu. Sonda qeyd olundu ki, Müstəqil Azərbaycan Respublikası bu gün etabarlı əllərdədir, Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu layiqincə davam etdirilir.