Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 dekabr Ümummilli lider – Heydər Əliyevin anım günüdür

12.12.2018

Azərbaycan xalqının tarixində  və  məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları  çox  olmuşdur. Bunlar  zaman- zaman gördükləri  böyük  işləri  və  əməlləri ilə yadda  qalmış  və  unudulmamışdır.  Belə tarixi  şəxsiyyətlər  içərisində  Azərbaycan  xalqının Ümummilli  lideri  qazanmış görkəmli  dövlət xadimi , dünya  miqyaslı  Heydər  Əliyevin  xüsusi rolu  vardır. Çünki  dövlət  xadimlərindən  ancaq  bu dahi  şəxsiyyət  milli  lider səviyyəsinə yüksəlmişdir.Milli  liderliklə siyası liderlik  keyfiyyətlərinin  bir dövlət adamında birləşməsi  bəşər tarixində nadir  rast gəlinən unikal haldır. Ulu  öndər  bu iki  keyfiyyət  ehtiva  etməklə  bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz  birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu  dahi insan Azərbaycan xalqının  yaddaşında qurucu  və  xilaskar  dövlət xadimi,milli lider və xalq  məhəbbətini  qazanan  öndər  kimi  qalmışdır. Xalqımızın tarixi taleyində ,mənəvi,siyasi  və ictimai  həyatında,dövlət  quruculuğunda  onun qədər  misilsiz  xidmətlər  göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə  özünə  yer tapan milli liderimiz, güvənc yerimiz,qürur duyduğumuz  və arxa bildiyimiz  böyük  Azərbaycanlı  idi.

12 dekabr Ümummilli lider – Heydər Əliyevin anım  günüdür. 10dekabr  2018 – ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və Sabirabad rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində   Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı  tədbir keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə  Heydər  Əliyevin Mərkəzinin salonunda  qoyulmuş büstünü ziyarət  etmişlər. Daha  sonra  tədbir  iştirakçıları  salonda Ümummilli  liderin  həyatı  və fəaliyyətinin  müxtəlif  sahələrinin əhatə edən geniş kitab sərgisi və  məktəblilərin əl işləri  ilə  tanış olmuşlar. Tədbir  iştirakçılarına ekskursiya  saatı aparılmış, Ümummilli  lider Heydər Əliyevin  həyat və fəaliyyəti  haqqında  geniş məlumat verilmişdir. Sonra  Mərkəzin  akt   zalında  Ulu Öndərin  anım günü  ilə  əlaqədar  iclas  keçirildi.Ulu Öndər  Heydər  Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad  edildi. Sonra  Sabirabad rayon  İcra Hakimiyyətinin  başçısı  cənab  Nazim İsmayılov  Ulu Öndər  haqqında məruzə  ilə çıxış  etdi. O, qeyd  etdiki 1993 – cü  ildə  xalqın arzusu  və təkidi  ilə ikinci  dəfə hakimiyyətə  gələn  Ümummilli lider Heydər Əliyev Azərbaycanı  məhv  olmaq  təhlükəsi və  parçalanmaqdan  qutarıb, yeni  dövlət  yaradaraq  onun  gələcək on illiklər üçün siyasi- iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. Cənab  başçı qeyd etdiki, Ulu Öndər  Heydər  Əliyev  tərəfindən qoyulan Azərbaycanın  xarici siyasətinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il Respublika  üzrə  Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı məktəblilər arasında inşa müsabiqəsi keçirilmişdir. Rayonumuzun məktəbliləri də həmin yarışmada iştirak etmişdilər. Rayon İcra başçısı N.İsmayılov tərəfindən bu yarışmanın qaliblərinə  fəxri fərman və hədiyyələr təqdim olundu. Sonra Ulu Öndərin xatirəsinə həsr olunmuş “Dahi şəxsiyyət” filmi  nümayiş olundu.