11.12.2018
Azərbaycan xalqının tarixində və məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman- zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdır. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri qazanmış görkəmli dövlət xadimi , dünya miqyaslı Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir.Milli liderliklə siyası liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyət ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşısında qurucu və xilaskar dövlət xadimi,milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində ,mənəvi,siyasi və ictimai həyatında,dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz,qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
12 dekabr Ümummilli lider – Heydər Əliyevin anım günüdür. 11dekabr 2018 – ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin, Tarix – diyarşünaslıq muzeyinin və Sabirabad rayon Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə N.Nərmanovun adına 2saylı orta müəllim və şagirdləri iştirak etmişdir. Tədbir iştirakçıları evvelce Heydər Əliyevin Mərkəzinin salonunda qoyulmuş büstünün ziyarət etmişlər. Daha sonra tədbir iştirakçıları salonda Ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrinin əhatə edən geniş kitab sərgisi ilə tanış olmuşlar. Tədbir iştirakçılarına ekskursiya saatı aparılmış, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Azərbaycan Dövlətçiliyi Tarixi kabinetində “ Böyük ömrün anları” filmi nümayiş olundu. Ümummilli lider Heydər Əliyevin büstü qarşısında məktəblilər Dövlət himnini səsləndirmiş, Heydər Əliyevə həsr edilmiş şerlər söyləmişlər.