11.12.2018
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan şəhər Mərkəzi Kitabxanasında “ Tariximizin ən böyük azərbaycanlısı” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra İlhamə İmanovanın “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” , Kəmalə Quliyevanınn “Azərbaycan mədəniyyətinin böyük hamisi” mövzularında məruzələri dinlənilmişdir. Tədbirin ikinci hissəsində tamaşaçılara 21 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin hazırladıqları “Dahi” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Tədbir iştirakçıları “Heydər Əliyev xalqın xilaskarıdır” adlı videofilmə baxmış, “Tariximizin ən böyük azərbaycanlısı” adlı kitab sərgisi ilə də tanış olmuşlar.