Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Naxçıvan islam mədəniyyətinin paytaxtı - 2018” mövzusunda tədbir

07.12.2018

Şirvan şəhər Uşaq Musiqi  Məktəbində “ Naxçıvan islam mədəniyyətinin paytaxtı - 2018”  adlı tədbir keçirilmişdir. Tədbir 13- 15 oktyabr  2009- cu il tarixlərində Bakı şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin  mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018 - ci ildə islam mədəniyyətinin paytaxtı seçilməsinə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açaraq Naxçıvanın Azərbaycan və yaxın şərq mədəniyyətləri tarixində yeri haqqında məlumat vermişdir. Məktəbin müəllimlərindən Aygün Əliyevanın “Naxçıvanın tarixi”, Heyran Məmmədovanın  “ Naxçıvan islam mədəniyyətinin paytaxtı kimi” mövzularında məruzələri dinlənilmişdir. Tədbirin ikinci hissəsində tamaşaçılar Azərbaycan bəstəkarlarının Naxçıvan haqqında əsərlərindən və Naxçıvanlı bəstəkarların yaradıcılıq nümunələrindən ibarət konsert proqramı təqdim olunmuşdur. Məktəbin müəllimlərindən ibarət insturmental ansambl Tofiq Quliyevin “Naxçıvanı” rəqsini, xanəndə İrşad İbişov Məmməd Cavadovun “ Barı Naxçıvan” ,dördüncü sinif şagirdi İlkin Əliyev Vahid Axundovun “ O, Naxçıvandır” , Tofiq Quliyevin “ Allı- güllü Naxçıvan” mahnılarını , müəllimlərdən  Mahir Fərəcov violində, Miranə Səlimova fortepianoda, Telman Nəsirov nağarada Naxçıvanlı bəstəkar  Ramiz Mirişlinin  “Bir xumar baxışla” mahnısının insturmental variantını, beşinci sinif şagirdi Sinan Həsənov qarmonda “Şərur yallısı”nı ifa etmişlər. Konsertdə Naxçıvanla bağlı digər musiqi əsərləri də səslənmişdir.