Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mikayıl Müşfiqə həsr olunmuş ədəbi- bədii gecə

04.12.2018

Şirvan şəhər Tarix - Diyarşünaslıq  Muzeyində görkəmli Azərbaycan şairi, 1937 – ci ilin repressiya qurbanı  Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyi münasibətilə “ Ah mən gündən - günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim?” adlı ədəbi - bədii gecə keçirilmişdir. Muzeyin böyük elmi işçisi Ləman  Mikayılova Müşfiqin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək nakam şairin çox qiymətli   poetik irsinin incəliklərindən söz açmış, cəmi iyirmi doqquz il ömür yaşamış  şairin bu qısa müddətdə müasir Azərbaycan poeziyasınn banilərindən birinə çevrilə bilməsini xüsusi vurğulamışdır. Gecənin iştirakçıları   APA TV - nin böyük şairə həsr etdiyi videofilmə baxmışlar. 18 saylı təbiət - humanitar tənayüllü məktəb- liseyin şagirdləri , 21 saylı tam orta məktəbin on birinci sinif şagirdi , İctimai Televiziyanın “ Əlaçı” verlişinin iştirakçısı , Şirvan şəhərində keçirilmiş bədii qiraət müsabiqəsinin qalibi  Ülkər Əkbərova və həmin məktəbin digər şagirdi, bədii qiraətçi  Əsmər Qəniyeva Müşfiqin “ Yenə o bağ olaydı” və “ Oxu , tar” şeirləri əsasında hazırladıqları ədəbi -  bədii kompazisiyaları təqdim etmişlər. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi  Nahidə Elman və 18 saylı məktəb - liseyin müəllimi İbrahim Həssas Mikayıl Müşfiqə həsr etdikləri şeirləri  söyləmişlər. Şirvan şəhər Uşaq  Musiqi Məktəbinin müəllimi, tarzən İlham Salmanovun müşayiəti ilə xanəndə İrşad İbişov şairin sözlərinə yazılmış mahnılar , eləcə də onun şeirlərindən istifadə edərək muğamlardan parçalar ifa etmişdir.