04.12.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzində klub müəssisələri işçilərinin növbəti seminarı keçirilmişdir. Seminarda Mədəniyyət Mərkəzinin direktoru Namidə Namininin əhaliyə mədəni xidmətin təşkili sahəsində klub müəssisələrinin fəaliyyəti barədə məruzəsi dinlənilmişdir. Hacıqəhrəmanlı qəsəbə sənətkarlıq klubunun müdiri Sevil Hacıyeva, Folklor evinin direktoru Mehirban Əliyeva , “Şirvan” klubunun müdiri Eldəniz Quliyev, “ Dədə Qorqud” klubunun müdiri Vüqar Bayramov, “ Qarabağ” klubunun müdiri Adilə Qəhrəmanova və b. çıxış edərək təcrübə mübadiləsi aparılmışlar.