Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağın tarixi” mövzusunda elmi – praktik konfrans keçirilmişdir

29.11.2018

Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Qarabağın tarixi” mövzusunda elmi - praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva açaraq uşaq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində bu mövzuda təşkil olunan tədbirlərin əhəmiyyəti, rolu və zəruriliyi haqqında danışmışdır. 5 saylı əsas məktəbin müəllimi Murad Muradov  “Qarabağa virtual səyahət” mövzusunda məruzə ilə çıxış edərək qədim türk torpağı olan Qarabağın tarixi, yaşayış məskənləri, çar Rusiyasının xristianlaşdırma siyasəti nəticəsində Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa ermənilərin köçürülməsi, Sovet Ordusunun köməyi ilə Qarabağın  yaşayış məntəqələrinin ermənilər tərəfindən işğal xoronologiyası haqqında ətraflı məlumat vermişdir. 11 saylı tam orta məktəbin müəllimi Seyyub Əsədov  “Qəhrəmanlar unudulmur” adlı məruzəsində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri igidlik nümunəsi ilə gənc nəslə örnək olan qəhrəmanlar haqqında, 18 saylı tam orta məktəbin müəllimi Vüsalə Həmzəyeva “ Qarabağın tarixi abidələri” adlı məruzəsində Qarabağdakı türk- azərbaycanlı köklərini birmənalı şəkildə təsdiq edən tarixi , arxeoloji , mədəni və s. abidələr və onların ermənilər tərəfindən məqsədyönlü şəkildə məhv edilməsi barədə söhbət açmışlar. Konfrans iştirakçılarına bədii qiraətçilərin ifasında Qarabağ haqqında şeirlər təqdim olunmuşdur.