29.11.2018
29 Noyabr 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminarı keçirilmişdir. Seminarda çıxış edən Regional Mədəniyyət İdarəsinin məsləhətçisi T.Əzimov ay ərzində görülmüş işlərdən,səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən,fəaliyyətlərinə görə seçilən mədəniyyət müəssisələri barədə ətraflı söz açmışdır.Seminar müşavirənin gündəliyində duran məsələlər geniş müzakirə olundu. Daha sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru M.Ağazadə qarşıdakı günlərlə bağlı mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib. Çıxışlardan sonra seminar müşavirə iştirakçılarını maraqlandıran fikir və məsələlərə aydınlıq gətirilib.