21.11.2018
21 noyabr 2018-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda mühazirə oxunması təşkil edilib. Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Fəridə Cəfərova açıb. Azərbaycan Respublikasının dovlət himni səsləndikdən sonra iştirakçılar mərkəzin direktoru Aynur Fərzəliyevanin məruzəsini dinləyib. Məruzəçi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə şagirdlərə ətraflı məlumat verib. Məruzəçi həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyev zamanın yetirməsi və xalqın problemlərini həll etmək üçün önə verdiyi dahi bir şəxs olub. Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, Azərbaycan adını yenidən yazıb, Azərbaycançılığı bizə sevdirə bilib. Onun hakimiyyəti illərində atdığı hər bir addım ölkəmizin möhkəmlənməsinə, Azərbaycançılıq təfəkkürünün mənimsənilməsi və xalqın inamının özünə qaytarılmasına çox böyük təsir edib.
Tədbir ümummilli liderə həsr olunan video filmin nümayişi ilə yekunlaşıb.