16.11.2018
16.11.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “17 noyabr Milli Dirçəliş Günüdür” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdıvə qeyd etdi ki, Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Sonra Mərkəzin bələdçisi Aytən Mustafazadə, Mərkəzin elmi işçisi Xanım Ağayeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Yaqut Hüseynova geniş məruzə ilə çıxış etdilər. Tədbiri Aytən Zülfəliyeva yekun nitqi ilə sona çatdırdı.