Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın Dövlət Müstəqilliyinə gedən yol 17 noyabrdan başlayır.

16.11.2018

16 noyabr 2018-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət və Uşaq şöbələrinin birgə təşkilatçılığı ilə "17 noyabr Azərbaycanın Milli Dirçəliş günüdür" adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Natiq Ağayev adına 4 saylı tam orta məktəbin şagirdləri iştirak etmişlər. Azərbaycanın Dövlət himni ilə başlanan tədbirdə Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Maya Mehdiyeva, Xidmət şöbəsinin müdiri Aytəkin Mirzəyeva, abonoment şöbəsinin müdiri Sürahi İsrafilova 17 noyabr milli dirçəliş günü haqqında danışaraq qeyd etdilər ki, xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb, tariximizə milli azadlıq hərəkatı kimi daxil olmuşdur. Azərbaycanın müstəqilliyinə gedən yol 17 noyabrdan keçir. Sonra məktəblilərdən Quliyeva Xanım, Nəcəfova Zeynəb, Əliyeva Zeynəb, Süleymanova Tünzalə və başqaları şeirlərlə şıxış etdilər. Tədbirin yekunu olaraq Mərkəzi kitabxananın direktoru Dövran Həsənov 17 noyabr milli dirçəliş günü münasibətilə bütün iştitakçılara öz dərin təşkkürnü bildirərək hamını təbrik etdi.