16.11.2018
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyi Rayon Mədəniyyət Mərkəzində “Tariximizin dönüş nöqtəsi” başlıqlı sərgi açmış, sərgidə 45-ə yaxın eksponat nümayiş olunmuşdur.Tədbirdə Mədəniyyət Mərkəzinin dərnək üzvləri iştirak etmişdir.Muzeyin elmi işçisi Gülgəz Məlikova sərgi qarşısında “Xalqın azadlıq səsi” mövzusunda mühazirə oxumuşdur.O, çıxışında 28 il öncə bu tarixdə Azərbaycan dövlətinin SSR-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsinin əsasının qoyulması və bu bayramın 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli-azadlıq hadisələri ilə bağlı olduğunu, xalqın bir yumruq kimi düyünlənməsini əlavə etdi.Sonda tədbir iştirakçılarının ifasında Azərbaycan Dövlət Himni səsləndirildi.