14.11.2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 12 oktyabr 2018-ci il tarixli 1140/06 nömrəli məktubuna əsasən, Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin təşkilatcılığı ilə 14 noyabr 2018-ci il tarixdə M.B.İsrailov adına 18 nömrəli təbiət,humanitar təmayüllü məktəb-liseydə “Azərbaycanda Uşaq Hüquqları” mövzusunda konfrans keçirilmişdir. Tədbiri Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva açdı.O,qeyd etdi ki, hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Suleymanovanın təşəbbüsü ilə 20 oktyabr -20 noyabr tarixlərində Uşaq hüquqları aylığı elan olunmuşdur. Bununla əlaqədar Uşaq hüquqları aylığı çərçivəsində respublikanın müəssisələrində müvaiq tədbirlər keçirilir. Mövzu ətrafında şəhər Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru,polis mayoru Vüqar Qurbanov,şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi,Yetkinlik Yaşına Çatmayanların Işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafael Nəsirov, Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional ofisinin rəhbəri,YUNİSEF-in regional koordinatoru Yusif Poladov və 18№-li məktəb-liseyin direktoru İsmayil Usubov məruzə etmişdilər.