08.11.2018
9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının rəsmi simvollarında (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918 – ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991 – ci il oktyabrın 18 – də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ile Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009 – cu il noyabrın 18 də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
8 noyabr 2018 – ci il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Babək Rəhimov adına Qəzili kənd orta məktəbi və Axtaçı - Muğan kənd orta məktəbin müəllim və şagirdləri iştirak etmişdilər. Onlara ekskursiya saatı aparılmış, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Həmçinin , Ulu öndərin və Prezident İlham Əliyevin rayonumuza səfərləri haqqında qeyd olunmuşdur. Azərbaycan Dövlətçiliyi Tarixi kabinetində “Böyük ömrün anları” filmi nümayiş olundu, Dövlət Bayrağı, Gerbi haqqında məlumat verildi. Ümummilli lider Heydər Əliyevin büstü qarşısında məktəblilər dövlət himnini səsləndirmiş, “Dövlət Bayrağı” və “Azərbaycan” şerlərini söyləmişlər. Sonda Mərkəzin 3D kinozalında qonaqlara “Çölçü” , “Mən əvə qayıdıram” filmləri nümayiş olundu.