Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitabxana işində innovasiyalar”

31.10.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2018-ci ilin iş planı və kollegiya qərarlarının icrası ilə əlaqədar Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən 31 oktyabr 2018-ci il tarixində Sabirabad rayonunda regionun Mərkəzi kitabxana sisteminin işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa keçirildi.
Giriş sözündə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov tədbir iştirakçılarını salamlamış, sonra söz Mərkəzin direktoru , fəlsəfə doktoru Ramazan Şabanova verilmişdir. Ramazan Şabanov açılış edərək kitabxanaların mədəniyyətin inkişafında rolundan, bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitabxanaların inkişaf mexanizmi və müasir dövrdə qarşılaşdığı problemlərdən söz açmış, daha sonra iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış etmişdir.
“Kitabxana mədəniyyət fenomeni kimi” mövzusu ilə mərkəzin direktor müavini Nəzakət Rəhmanova, “Kitabxanaların fandrayzinq fəaliyyəti” mövzusunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun aspirantı Natiq Mürsəlov, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının “Mədəniyyət Konsepsiyası” mövzusunda Mərkəzin baş metodisti Samirə Cəlilova, “Kitabxana işində innovasiyalar” mövzusu ilə Mərkəzin Tədris metodika kabinetinin müdiri Aygün Hüseynova və “İnformasiya cəmiyyətinin xüsusiyyətləri:elektron kitabxanalar, elektron katolq” mövzusunda Ədliyyə Akademiyasının “İnformasiya resursları” şöbəsinin əməkdaşı Ruhiyyə Məmmədova çıxış etmişlər.Çıxışlar video slaydlarla təqdim olunmuşdur.
Tədbirdə həmçinin mərkəzin bir qrup işçi heyəti- Səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və Səyyar tədrisin təşkili bölməsinin metodisti Türkan Həsənova da iştirak etmişdir.
Dəyirmi masada regionun nümayəndələri, Mərkəzi Kitabxana Sisteminin direktorları və 90 nəfərə yaxın kitabxana işçisi iştirak etmişdir. Çıxışlar dinlənildikdən sonra mövzular ərtafında fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə, Bayraq muzeyinə və Bayraq meydanına ekskursiya etdilər.