Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi

30.10.2018

30 Oktyabr 2018-ci il tarixində “Uşaq hüquqları aylığı”çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq”mövzusunda tədbir keçirilib.                                                    Sabirabad rayon Məəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə rayon tam orta məktəblərində təhsildə fərqlənən,musiqi sahəsində xüsusi istedadı olan məktəblilər iştirak ediblər.                                                                                                                                                         Mərkəzin direktoru M.Ağazadə tədbiri açaraq qeyd etdi ki,hər il olduğu kimi,bu il də 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları konvensiyasını qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı”elan edilib.Bildirib ki,Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar,birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin maraqlı,mənalı, yadda qalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.                                                                                                                                           Mərkəzin metodisti E.Zeynalova çıxış edərək bildirdi ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə, təbliğinə və uşaqların fəallığına xidmət edir.Aylığın keçirilməsi ilə əlaqədar Mərkəzdə maarifləndirmə işləri, rəsm müsabiqələri, sərgilər təşkil olunub.                                                                            Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.