Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günüdür”

17.10.2018

17 oktyabr 2018 - ci  il  tarixdə  Sabirabad  rayon  “Asan  Xidmət” Mərkəzinin  və  Heydər  Əliyev  Mərkəzinin  birgə  təşkilatçılığı  ilə  Sabirabad rayon  Heydər  Əliyev  Mərkəzində  “18 oktyabr  Azərbaycan  Dövlət  Müstəqilliyi günüdür” adlı  tədbir  keçirilmişdir. Tədbirdə  Z.Tağıyev  adına  6 saylı  orta  məktəbin müəllim  və  şagirdləri , “Asan  xidmət” Mərkəzinin  və  Heydər  Əliyev  Mərkəzinin  əməkdaşları  iştirak  etmişlər. Mərkəzin ekspozisiya  zalında  qonaqlara  ekskursiya  saatı  aparıldi, Ulu  öndərin  həyat  və  fəaliyyəti  haqqında  məlumat  verildi. Azərbaycan  Dövlətçiliyi Tarixi kabinetində  Ulu  öndər  Heydər  Əliyevə həsr  olunmuş film  nümayiş  olundu. Ümummilli liderimiz  Heydər  Əliyevin  büstü  qarşısında  şagirdlər  tərəfindən  Dövlət himni  səsləndirildi, şer  oxundu. Mərkəzin  3D kino zalında  məktəblilərə  və  qonaqlara  “ Səma  şairi”, “Azərbaycanın  Milli  Qəhrəmanları” sənədli  filmlər  nümayiş  olundu. Azərbaycanın  Dövlət  Müstəqilliliyi  gününə  həsr  olunan  sərgi  keçirilmişdir.